Səfirin Salamı

Hörmətli ziyarətçi,

Sizi Azərbaycan Respublikasının Səfiriyinin internet səhifəsində salamlamaqdan məmnunluq duyuram. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 1992-ci ildə qurulmuş diplomatik əlaqələrin qurulmasından sonra xalqlarımız arasında qarşılıqlı anlaşma və mübadilənin səviyyəsi durmadan artmaqdadır. Xüsusilə, Koreya Respublikası Prezidentinin Azərbaycana və Azərbaycan Respublikası Prezidentinin Koreyaya 2006 və 2007-ci illərdə baş tutmuş səfərləri dost ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar açmışdır.Haqqında danışılan səfərlərdən sonra Koreya cəmiyyəti arasında Asiya ilə Avropa araısnda körpü rolunu oynayan və qədim keçmişə malik Azərbaycan haqqında məlumat almaq arzusu artmışdır.Oxşar tendensiya həmçinin, Azərbaycanda da müşahidə edilmişdir.

Bu internet səhifəsinin açılması bir sıra tarixi və mədəni oxşarlıqları olan, eyni Ural-Altay dil ailəsinə mənsub Azərbaycanla Koreyanı bir-birinə daha da yaxınlaşdırmaq məqsədi daşıyır. İnternet səhifəsi sizə ölkələrimiz arasında virtual pəncərə olaraq Azərbaycanın xarici və daxili siyasəti, müşahidə edilən dəyişikliklər və inkişaf, Azərbaycanla Koreya arasında bütün sahələr üzrə əməkdaşlıq və mübadiləyə dair lazımi məluamtlarla təmin edəcəkdir. İnternet səhifəsi həmçinin, ölkələrimiz arasında dostluğun genişləndirilməsi, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi və mədəni mübadilənin daha da artırılması üçün platform olacaqdır.

Ümid edirəm ki, internet səhifəmizdən arzu etdiyiniz məlumatları əldə edə biləcək və bizə səhifənin daha da təkmilləşdirilməsi üçün təklif və qeydlərinizi göndərəcəksiniz.

Hörmətlə,

Rəmzi Teymurov
Fövqəladə və Səlahiyyətli Səfir