Siyasi münasibətlər

Qısa tarixi məlumat:

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlər Azərbaycanın öz müstəqilliyini keçmiş Sovet İttifaqı tərkibindən çıxaraq yenidən əldə etməsindən sonra 1992-ci ilin 23 mart tarixində qurulmuşdur. İki ölkə arasındakı münasibətlər 2006-cı ildə Koreya Respublikasının Azərbaycan Respublikasında və 2007-ci ildə Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliklərinin təsis olunması ilə daha da intensivləşmişdir. 2006 və 2007-ci illərdə hər iki ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın əsasları üçün yeni imkanlar açmış, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və sərmayələrin cəlb olunmasını təşviq etmişdir. Sözügedən səfərlər zamanı siyasi, iqtisadi, sərmayələrin qorunması, e-hökumət, nəqliyyatı idarəetmə sistemi, fövqəladə hallar və s. sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr:

6 oktyabr 2009 – Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab X.Xələfov AR və KR XİN-lərarası ilk siyasi məsləhətləşmələr məqsədilə Koreya Respublikasına rəsmi səfər etmişdir.

9 dekabr 2015 - Koreya Respublikası xarici işlər nazirinin müavini Kim Honq Kyun AR və KR XİN-lərarası ikinci siyasi məsləhətləşmələr məqsədilə Azərbaycana səfər etmişdir.

20 noyabr 2017 - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab X.Xələfov AR və KR XİN-lərarası ilk siyasi məsləhətləşmələr məqsədilə Koreya Respublikasına rəsmi səfər etmişdir.

İki ölkə arasında siyasi ikitərəfli münasibətlər həmçinin, ölkələrin qanunvericilik orqanları rəhbərləri və Koreya Respublikasının Baş naziri kimi yüksək vəzifəli dövlət rəsmilərinin səfərləri ilə də müşayiət olunmuşdur.

 

Yüksək səviyyəli səfərlər:

Dövlət başçıları:

1.May 10-12, 2006 – Koreya Respublikasının Prezidenti, Zati-Aliləri cənab Roh Mu-hyun Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

2.Aprel 23-25, 2007 – Azərbaycan Respublikasının prezidenti, Zati-Aliləri cənab İlham Əliyev Koreya Respublikasına rəsmi səfər etmişdir.

3.Mart 25-27, 2012 – Azərbaycan Respublikasının prezidenti, Zati-Aliləri cənab İlham Əliyev Seul Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Koreya Respublikasına işgüzar səfər etmişdir.

 

Hökumət başçıları:

4.May 18-20, 2008 – Koreya Respublikasının Baş naziri, cənab Han Seunq-sun Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

5.Noyabr 26-28,  2014 -  Koreya Respublikasının Baş naziri, cənab Çunq Honq-von Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Xarici İşlər Nazirləri:

6.Noyabr 29-30, 2005 – Azərbaycan Respublikasının Xarici İşlər Naziri, cənab Elmar Məmmədyarov Koreya Respublikasına rəsmi səfər etmişdir.

7.Dekabr 14-15, 2010 – Azərbaycan Respublikasının Xarici İşlər Naziri, cənab Elmar Məmmədyarov Koreya Respublikasına rəsmi səfər etmişdir.

Digər Nazirlər:

8.İyul, 2005 – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbəri, cənab. K.Heydərov Koreya Respublikasına rəsmi səfər etmişdir.

9.Oktyabr, 2006 – Azərbaycan Respublikasının Sənaye və Enerji Naziri, cənab N.Əliyev Koreya Respublikasına rəsmi səfər etmişdir.

10.Noyabr, 2006 – Azərbaycan Respublikasının Nəqliyyat Naziri, Mr. Z.Məmmədov Koreya Respublikasına rəsmi səfər etmişdir.

11.İyun 11-16, 2007 – Azərbaycan Respublikasının Təhsil Naziri, cənab Misir Mərdanov Koreya Respublikasına rəsmi səfər etmişdir.

12.May 29- İyun 01, 2009 – Azərbaycan Respublikasının Evə Təbii Sərvətlər Naziri, cənab Hüseynqulu Bağırov Koreya Respublikasına rəsmi səfər etmişdir.

13.İyun 18-19, 2009 – Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri, cənab Şahin Mustafayev Koreya Respublikasına rəsmi səfər etmişdir.

14.Mart 10-12, 2010 – Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz məsələləri üzrə Naziri cənab Chung Jing-hwan Azərbaycan Respublikasına rəsmi səfər     etmişdir.

15.Aprel 27-29, 2011 – Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov Koreya Respublikasına rəsmi səfər etmişdir.

16.Dekabr 02-04, 2013 – Azərbaycan Respublikasının Müdafiə Naziri, cənab Zakir Həsənov Koreya Respublikasına rəsmi səfər etmişdir.

17.Oktyabr 18-23, 2014 -Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Naziri, Əli Abbasov “2014-cü il Beynəlxalq Telekommunikasiya Birliyinin səlahiyyətli konfransı”nda iştirak etmişdir.

18.May 19-22, 2015 - Azərbaycan Təhsil Naziri, cənab Mikayıl Cabbarov Koreyaya rəsmi səfər etmişdir.

Parlamentlərarası əlaqələr:

19.Noyabr, 2006 – Yeni Azərbaycan Partiyasının sədr müavini, cənab Əli Əhmədov Koreya Respublikasına rəsmi səfər etmişdir.

20.Sentyabr 04-06, 2007 – Azərbaycan Respublikası Milli Məclisinin sədri, cənab Oqtay Əsədov Koreya Respublikasına rəsmi səfər etmişdir.

21.Fevral 26, 2009 – Koreya Respublikası Milli Assambleyasının sədri, cənab Kim Hyong-Oh Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

22.Dekabr, 2009 – Koreya-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri, cənabSuh Byeong-su Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

23.Aprel 27-30, 2010 – Yeni Azərbaycan Partiyasının sədr müavini, cənab Əli Əhmədov Koreya Respublikasına rəsmi səfər etmişdir.

24.Aprel 28-29, 2010 – Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti cənab Lee Sang Dik rəhbərliyində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

25.Yanvar 12, 2012 - Koreya Respublikası Milli Assambleyasının sədri, cənab Park Hi-tae Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

26.May 23-26, 2013 – Koreya Respublikası Milli Assambleyasının sədr müavini, cənab Park Byeong-seug Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

27.İyun 24-26, 2013 – Koreya Senuri Partiyasının Xarici Əlaqələr Komissiyasının sədri və Milli Assambleyanın üzvü cənab. Yoo Ki June Azərbaycan Respublikasınarəsmi səfər etmişdir.

28. İyul 11-13, 2013 – Koreya Respublikası Milli Assambleyasının Milli Müdafiə üzrə icraçı katibi və Assambleya üzvü, cənab Ahn Gyu Baek Azərbaycan   Respublikasına rəsmi səfər etmişdir.

29.Aprel 11, 2014  -  Azərbaycan Respublikası Milli Məclisin vitse-spikeri Ziyafət Əskərov Koreya Respublikasına rəsmi səfər etmişdir.

24-28 iyun 2017 - AR Milli Məclisinin sədri cənab Oqtay Əsədov Koreya Respublikasına rəsmi səfər etmişdir.

Digər səfərlər:

30.Avqust, 2006 – Koreya Respublikasının Kommersiya, Sənaye və Enerji Nazirinin müavini, cənab Lee Won-gul Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

31.May, 2007 – Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirinin müavini, cənab Lee Choon-hee Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

32.Noyabr 26, 2007 – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 1-ci müavini, cənab R.Mirzəyev Koreya Respublikasına rəsmi səfər etmişdir.

33.Yanvar, 2008 – Koreya Respublikası Baş nazirinin müavini, cənab Kim Shin-il Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

34.Aprel, 2008 – Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirinin müavini, cənab Lee Jae-hoon Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

35.İyun 08-12, 2009 – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, cənab M.Karimov Koreya Respublikasına rəsmi səfər etmişdir.

36.İyun 29-İyul 05, 2009 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, cənab F.Əliyev Koreya Respublikasına rəsmi səfər etmişdir.

37.Oktyabr 06, 2009 – Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, cənab X.Xələfov Koreya Respublikasına rəsmi səfər etmişdir.

38.Oktyabr 27-30, 2009 – Azərbaycan Respublikası Prezidenti yanında Mülki Xidmətlər Komissiyasının sədri, cənab B.Xəlilov Koreya Respublikasına rəsmi səfər     etmişdir.

39.Oktyabr 12-14, 2010 – Koreya Respublikasının Maliyyə və Planlaşdırma Nazirinin müavini, cənab Koo Bong-Jin Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

40.Oktyabr 27-28, 2011 – Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri, cənab R.Shahbazov Koreya Respublikasına rəsmi səfər etmişdir.

41.Noyabr 11-17, 2012 – Azərbaycan Respublikası Sənaye və Enerji Nazirinin müavini, cənab Q.Cavadov Koreya Respublikasına səfər etmişdir.

42.Noyabr 28-30, 2012 – Azərbaycan Dövlət Neft Fondunun İcraçı Direktoru, cənab Ş.Mövsümov Koreya Respublikasına səfər etmişdir.

43.May 13-15, 2013 – Koreya Respublikası Milli Müdafiə Nazirliyinin Müdafiə Təminatı Proqramı Administrasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

44.Avqust 09-10, 2013 – Koreya Respublikası Milli Müdafiə Nazirinin müavini cənab Baek Seung Joo heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

45.Mart 10-13, 2015 - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri, cənab Rüfət Aslanlı tərəfindən rəhbərlik edilən nümayəndəlik heyəti Koreya   Respublikasına rəsmi səfər etmişdir.

46.Aprel 11-17, 2015  - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, cənab Qorxmaz Hüseynov tərəfindən rəhbərlik edilən nümayəndəlik heyəti “7-ci Global Su       Forumu”nda iştirak məqsədilə Koreya Respublikasına rəsmi səfər etmişdir.