İqtisadi Əlaqələr

Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq, xüsusilə  infrastruktur, energetika, inşaat, nəqliyyat,informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə aktivdir.

2005-ci ilə qədər iki ölkə arasındakı ticarət dövriyyəsi yalnız 42 milyon dollar olduğu halda, bu göstərici 2008-ci ildə 859 milyon dollar, 2011-ci ildə 648 milyon dollara qədər artmışdır. Lakin, son illər ərzində ticarət dövriyyəsi bir qədər azalmışdır.

Cədvəl: İkitərəfli Ticarət Əlaqələri                                           (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2004

24,13

3,79

27,91

- 20,34

2005

41,63

0,49

42,12

- 41,14

2006

46,93

68,35

115,28

21,42

2007

91,5

124,8

216,3

33,3

2008

162,6

696,8

859,4

534,1

2009

124,9

148,2

273,1

23,2

2010

157,2

218,3

375,5

611,4

2011

203,8

444,2

648

241,6

2012

242,80

1,13

243,93

-241,67

2013

229.28

34,36

263,9

-194,92

2014

169,54

0,01

169,55

-169,54

Mənbə : Azərbaycan Respublikası Dövlət Statistik Komitəsi

Cədvəl:Əsas ticarət məhsulları

İDXAL

İXRAC

Elektrik və elektronika avadanlıqları

Xam neft

Nəqliyyat vasitələri and və hissələri

Neft emalı məhsulları

İlkin formalı polietilentereftalat

Kimya məhsulları  

Əczaçılıq məhsulları  

Qiymətli metallar

Optik və fotoqrafika

Qara metallar və məhsulları

Ölçü, nəzarət, tibbi və cərrahiyə alətləri və aparatları

Kənd təsərrüfatı emalı məhsulları  

Minik avtomobilləri üçün təzə pnevmatik rezin şinlər

Elektrik mühərrikləri ilə təchiz edilmiş digər məişət maşınları

Boyanmış, laklanmış və ya plastiklə örtülmüş, eni 600 mm-dən çox olan yastı polad prokatı

Yataq ləvazimatları

Digər maye nasosları

 

Havanın kondisiyalaşdırılması üçün qurğuların və kondisionerlərin hissələri

 

Kassa aparatları

 

Hazırda Azərbaycan və Koreya arasında qarşılıqlı maraq doğuran layihələr işlənib həyata keçirilməkdədir. Bakı şəhərində Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəliklərindən əlavə, “SK C&C”, “Heerim”, “Ultra Construction”, “Pyunghwa”, “Samsung Electronics” “Samsung Engineering”, “Daewoo” “Kolon”, “Koreya Torpaq Korporasiyası”, “Ecovise” “Kukdong” və “Halla Construction” kimi Koreya şirkətləri fəaliyyət göstərir (cəmi 40-dan çox koreya şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir).

Bununla yanaşı, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi" ofis kompleksini almışdır.

İqtisadi Əməkdaşlıq üzrə Komissiya

2006-cı ildə Azərbaycan və Koreya arasında ticarət və investisiya, sənaye, enerji və resurslar, tikinti, informasiya və kommunikasiya, kənd təsərrüfatı kimi iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupu yaradılmışdır. 2014-cü ilədək fəaliyyət göstərən İşçi Qrupunun 4 iclası (Bakıda və Seulda) keçirilmişdir.

“Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında imzalnmış iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq 2015-ci ildə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentiliyi ilə əməkdaşlıq

Koreya Beynəlxalq Əməkdaşlıq Agentiliyinin (KOICA) Azərbaycana Rəsmi İnkişafa Yardım proqramı çərçivəsində təşkilat ilə əməkdaşlığa başlandığı dövrdən bu günə kimi ümumi məbləği 50,28 milyon ABŞ dolları təşkil edən 11 Qrant Razılaşması imzalanmışdır ki, bunlardan 8-zinin icrası başa çatdırılmışdır.

Həmçinin 400-dən çox Azərbaycan rəsmiləri və dövlət qulluqçuları KOICA tərəfindən Koreya inkişaf təcrübəsi və texnologiyalın ötürülməsi bilikləri ilə bölüşmək məqsədilə təşkil etdiyi potensialın artırılması üzrə təlimlərdə iştirak etmişlər.

Hal-hazırda KOICA tərəfindən ölkəmizdə “Abşeron yarımadasında Su çatışmazlığı üzrə ümumi həll” (benefisiarı “Azərsu” ASC) və “Naxçıvan Dövlət Universiteti üçün elektron təshil şəbəkəsi və rəqəmsal multimdeia infrastrukturunun yaradılması” (benefisiarı Naxçıvan Dövlət Universiteti) layihələri həyata keçirilməkdədir.

Bundan əlavə 2014-cü ildə Koreyanın “İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondu” (Economic Development Cooperation Fund, “EDCF”) ilə AR Maliyyə Nazirliyi arasında “Peşə Tədris Mərkəzlərinin Tikintisi” (Vocational Trainning Center Establishment) və “Pirşağı qəsəbəsində çirkab suların təmizlənməsi zavodu” (Pirshaghi Sewage Treatment Plant) dövlət layihələrinin həyata keçirilməsi 65,50 milyon ABŞ dolları məbləğində kreditin ayrılması barədə kredit sazişi imzalanmışdır.

  • 14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir. İclasa Komissiyanın  Koreyadan olan həmsədri Koreyanın Ticarət, Sənaye və Energetika nazirinin müavini Vu Tehi (Woo Taehee), Azərbaycandan olan həmsədri Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədov rəhbərlik etmiş, ölkələrimiz arasında gündəmdə olan vacib məsələlər müzakirə edilmiş, Birgə Kommiss ilk iclasının Protokolu imzalanmışdır. 
  • 2-5 noyabr 2016-cı il tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti “4-cü Busan Beynəlxalq Limanı Konfransı”nın açılış mərasimində və “Limanların əməkdaşlığı: Yeni İnkişaf Strategiyası”, “Daşınma Bazarının Prespektivliyi və Liman Səneyesinin Gələcəyi” mövzularında plenar sessiyalarda iştirak məqsədilə Busan şəhərində səfərdə olmuşdur.  Səfər çərçivəsində tərəflər arasında “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Busan Limanı arasında Əməkdaşlıq Üzrə Anlaşma Memorandumu” imzalanmışdır.