Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsi

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə);
  3. Ərizəçinin Koreya Respublikasında daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi;
  4. Səfirliyin bank hesabına 30 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz

    Bank Name: KEB Hana Bank

    Account Name: Embassy of Azerbaijan to Korea

    Account Number: 166-890028-45838 (USD Account)

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.