Notariat hərəkətlər

Notariat hərəkətlər Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən aparılır. Notariat hərəkətlər tələb olunan bütün sənədlərin təqdim edildiyi və dövlət rüsumunun ödənildiyi gün aparılır.

Notariat hərəkətlərin aparılması üçün Azərbaycan Respublikası vətəndaşı tərəfindən şəxsən və yaxud notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında digər Azərbaycan Respublikası vətəndaşı tərəfindən müraciət edillməlidir. 

Notariat hərəkətlərin aparılması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,

2. Azərbaycan Respublikası vətəndaşına Koreya Respublikasının müvafiq qurumları tərəfindən verilmiş və bu ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsi verən sənədin əsli və surəti,

3. Notarit hərəkətin aparılacağı sənəd,

4. Dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli.

 Qeyd: Sənədlərin tərcüməsinin təsdiqi zamanı Azərbaycan dilindən ingilis dilinə tərcümə edilmiş sənədin hər səhifəsi üçün 40 ABŞ dolları, ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş sənədin hər səhifəsi üçün 20 ABŞ dolları həcmində dövlət rüsumu ödənilməlidir.

Bank Name: KEB Hana Bank

Account Name: Embassy of Azerbaijan to Korea

Account Number: 166-890028-45838 (USD Account)