2025-06-10

Azərbaycan nümayəndə heyəti "Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 2025"də iştirak edib

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 iyun 2025-ci il tarixlərində Koreyanın Cecu adasında təşkil olunmuş "Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 2025" tədbirində iştirak edib.

Umayra Tağıyeva tədbir çərçivəsində Koreya Resüpublikasının Ətraf Mühit Nazirliyi tərəfindən təşkil olunmuş nazirlər toplantısında çıxış edib.

Səfir Ramin Həsənov Umayra Tağıyeva ilə birlikdə Koreyanın Cecu əyalətinin qubernatoru Oh Yonq-Hunun adından tədbir iştirakçıları üçün verilmiş ziyafətə qatılıb.

Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıq çərçivəsində 5 iyun 2026-cı ildə qeyd olunacaq "Ümumdünya Ətraf Mühit Günü"nə evsahibliyini təhvil alıb.

Arxiv üzrə axtarış