2025-09-09
Səfir Ramin Həsənov Ceçon Beynəlxalq Musiqi və Film Festivalının açılış mərasimində iştirak edib
Səfir Ramin Həsənov Ceçon şəhərinin meri və Koreya Respublikasının ölkəmizdəki keçmiş səfiri cənab Kim Çanq-qyunun dəvəti ilə 4 sentyabr 2025-ci ildə Ceçon şəhərinə səfər edib.
Səfir səfər çərçivəsində 21-ci Ceçon Beynəlxalq Musiqi və Film Festivalının açılış mərasimində iştirak edib.

