2025-09-09
Azərbaycan 2025-ci Qlobal Mobillik Konfransında təmsil olunub
Səfir Ramin Həsənov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Nəqliyyat Forumu, Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi, Koreya Nəqliyyatın Təhlükəsizliyi İdarəsinin birgə təşkilatçılığı ilə Seulda keçirilmiş 2025-ci Qlobal Mobillik Konfransında iştirak edib.
Ramin Həsənov Azərbaycanın hazırda Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edən ölkə qismində dəvət olunduğu tədbirdə çıxış edib.


