2025-09-16
Ümumdünya Ağıllı Davamlı Şəhərlər Təşkilatı ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Səfir Ramin Həsənov Ümumdünya Ağıllı Davamlı Şəhərlər Təşkilatının (WeGO) baş katibi Conq-kee Kim ilə görüş keçirib.
Görüşdə WeGO və Bakı şəhəri arasında əməkdaşlıq imkanları, eləcə də WeGO-nun 2025-ci il Milli Şəhərsalma Forumu və 2026-cı il Ümumdünya Şəhərsalma Forumu tədbirlərində iştirakı məsələsinə dair fikir mübadiləsi aparılıb.

