Səfir Ramin Həsənov Busan şəhərində keçirilən 1-ci Qlobal Şəhər Turizmi Sammitində iştirak edib.
Səfir Ramin Həsənov Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi, Koreya Turizm Təşkilatı, Busan Bələdiyyəsi, Busan Turizm Təşkilatı, Qlobal Şəhərlər üçün Turizmin Təşviqi Təşkilatı, Busan Beynəlxalq Əməkdaşlıq Fondu və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən birgə təşkil edilən "İnnovasiya və Əməkdaşlıq Vasitəsilə Yerli Turizm və Mədəniyyətin Təşviqi" mövzusunda 1-ci Qlobal Şəhər Turizmi Sammitində iştirak edib.
Səfir tədbirin “Turizm vasitəsilə mədəni diplomatiya: Səfirlərin gözü ilə şəhərlərin və dünyanın birləşdirilməsi” adlı sessiyasında çıxış edərək, Azərbaycanın turizm potensialı, üstünlükləri və imkanları barədə məlumat verib.



