2025-11-17

Səfir Ramin Həsənov Dequ-Qyonqbuk Beynəlxalq Mübadilə Assosiasiyasının 16-cı Dostluq Gecəsində iştirak edib

Səfir Ramin Həsənov Qyonqsanqbuk əyalətinin qubernatoru, Dequ Böyük Şəhərinin meri və Keymyunq Universitetinin prezidentinin dəvəti ilə Dequ-Qyonqbuk Beynəlxalq Mübadilə Assosiasiyasının "Daha mehriban, daha şəfqətli bir dünyaya doğru" mövzusunda 16-cı Dostluq Gecəsində iştirak edib.
Səfir çıxış edərək Azərbaycanın Qəbələ və Qyonqsanqbuk əyalətinin Qyonqcu şəhərləri arasındakı dostluq əlaqələri haqqında məlumat verib.
Tədbir çərçivəsində səfir həmçinin Koreya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
 
 
 
 

Arxiv üzrə axtarış