news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 iyun 2026

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyəti Seulda səfərdə olub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

Azərbaycan təmsilçiləri Seulda Hankuk Xarici Dillər Universitetinin Beynəlxalq Regionşünaslıq Mərkəzinin "HK+ Milli Strategiyalar Tədqiqat Layihəsi" Agentliyinin təşkilatçılığı ilə keçirilmiş "Koreya Yarımadası və Şimal üçün mədəniyyət və strategiyalar" mövzusunda 6-cı Forumda çıxış ediblər.

Nümayəndə heyəti həmçinin Cənubi Koreyanın beyin mərkəzləri və akademik dairələrinin təmsilçiləri ilə görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti