news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2026

Cənubi Koreya məktəbliləri üçün Azərbaycana həsr olunmuş tədbir keçirilib

Koreya Respublikasının İnçon şəhərində yerləşən Bekhakço İbtidai Məktəbində “Azərbaycan Günü” adlı tədbir keçirilib.

Tədbir Səfirliyimiz, İnha Universitetinin Multikulturalizm kafedrası, İnçeon Şəhər Təhsil İdarəsi və Bekhakço İbtidai Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbirin əsas məqsədi ölkəmiz və mədəniyyətimizin koreyalı məktəblilərə tanıdılması olub. 

“Azərbaycan Günü”nə qatılan şagirdlərə Azərbaycan haqqında ətraflı məlumat verilib, ölkəmizin zəngin mədəniyyətini əks etdirən milli musiqi və rəqs nümunələri təqdim olunub, eləcədə onların iştirakı ilə müxtəlif interaktiv, maarifləndirici və əyləncəli proqramlar təşkil edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti