Notariat hərəkətlər

Notariat hərəkətlər Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən aparılır. Notariat hərəkətlər tələb olunan bütün sənədlərin təqdim edildiyi və dövlət rüsumunun ödənildiyi gün aparılır.

Notariat hərəkətlərin aparılması üçün Azərbaycan Respublikası vətəndaşı tərəfindən şəxsən və yaxud notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında digər Azərbaycan Respublikası vətəndaşı tərəfindən müraciət edillməlidir. 

Notariat hərəkətlərin aparılması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,
  2. Azərbaycan Respublikası vətəndaşına Koreya Respublikasının müvafiq qurumları tərəfindən verilmiş və bu ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsi verən sənədin əsli və surəti,
  3. Notarit hərəkətin aparılacağı sənəd,
  4. Dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli.

Etibarnamə

Etibarnamənin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə şəxsən təqdim olunmalıdır:

  1. Ərizə (Səfirlikdə tərtib olunur);
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin  əsli və surəti;
  3. Koreya Respublikasında daimi və ya müvəqqəti yaşamanızı təsdiq edən sənədin və ya vizanın surəti;
  4. Etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  5. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.1.-cı bəndinə əsasən 20 USD məbləğində dövlət rüsumu tutulur.

Diqqət! Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

Qeyd olunan əməliyyatın poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

Tərcümənin təsdiqi

Sənədlərin tərcümə və təsdiqi

 Tərcümənin təsdiqi əməliyyatının həyata keçirilməsi üçün aşağıdakı sənədlərin Səfirliyə təqdim olunmalıdır:

  1. Ərizə;
  2. Tərcümə olunacaq sənədin əsli;
  3. Vətəndaşın pasportunun surəti;
  4. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.7.-bəndinə əsasən sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün): -xarici dillərdən- 10 ABŞ dolları, xarici dillərə isə- 20 ABŞ dolları məblğində dövlət rüsumu tutulur.

Bank Name: KEB Hana Bank

Account Name: Embassy of Azerbaijan to Korea

Account Number: 166-890028-45838 (USD Account)