Səfirlik
Səfirin tərcümeyi-halı

Səfir Ramin Müzəffər oğlu Həsənov

 

Doğulduğu tarix: 07.11.1977

 

Təhsil:
1994 – 1998 Bakalavr, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, Bakı Dövlət Universiteti
1998 – 2000 Magistr, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, Bakı Dövlət Universiteti
1999 Diplomatlar üçün kurs, Almaniya Xarici İşlər Nazirliyi
Əmək fəaliyyəti:
1999 – 2000 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, Amerika və Kanada idarəsinin referenti və attaşesi
2000 – 2003 Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin attaşsi və III katibi
2003 – 2004 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Qərb ərazi idarəsinin III və II katibi
2004 – 2005 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi
2005 – 2009 Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin II katibi, I katibi və müşaviri
2009 – 2010 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin şöbə müdiri
2010 – 2013 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini
2013 – 2016 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi
2016 – 2022 Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri
19.08.2022 tarixindən Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

 

Azərbaycan Respublikasının Prezidentinin 07.07.2012 tarixli sərəncamı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı, eləcə də “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi” və “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidentinin 09.07.2019 tarixli sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.

 

İngilis, alman, rus və türk dillərini bilir.

 

Evlidir, iki övladı var.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti