news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyun 2017

1-4 iyun 2017-ci il tarixlərində Azərbaycanın Koreyadakı Səfirliyi Seul şəhərində keçirilən 32-ci Beynəlxalq Ümumdünya Səyahət Sərgisində (KOTFA) Azərbaycan guşəsi ilə iştirak etmişdir

1-4 iyun 2017-ci il tarixlərində Azərbaycanın Koreyadakı Səfirliyi Seul şəhərində keçirilən 32-ci Beynəlxalq Ümumdünya Səyahət Sərgisində (KOTFA) Azərbaycan guşəsi ilə iştirak etmişdir. Azərbaycan guşəsində ölkəmizin mədəniyyətini əks etdirən milli geyimlər, musiqi alətləri, Azərbaycanın tarixi və müasir arxitekturaları, füsunkar təbiətini əks etdirən fotoşəkillər, ölkəmizə məxsus suvenirlər nümayiş etdirilmiş, Azərbaycanın turizm potensialına dair broşurlar ziyarətçilərə paylanmışdır. 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti