Mətbuat şərhi 19 sentyabr 2022

Beynəlxalq Mədəniyyətlərarası Festivalda “Şuşa ili”nə həsr olunmuş Azərbaycan guşəsi nümayiş olunub

17 sentyabr 2022-ci ildə Seul şəhərinin Kvanak rayon meriyası tərəfindən Beynəlxalq Mədəniyyətlərarası Festival təşkil olunub.
BUTA Azərbaycan Koreya dostluq Assosiasiyası (AKDA) Festivalda “Şuşa ili”nə həsr olunmuş Azərbaycan guşəsi ilə təmsil olunub.
Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, adət-ənənələri və Qarabağ həqiqətləri haqqında yerli əhaliyə məlumat verilib. Ölkəmiz haqqında kitabçalar, eləcə də Azərbaycan milli şirniyyatları ziyarətçilərə təqdim olunub.
Cənubi Koreya parlamentinin Təhsil komitəsinin sədri Yu Ki Honq və Kvanaq rayonunun meri Park Cunhi Azərbaycan guşəsini ziyarət edib.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti