Mətbuat şərhi 05 may 2023

AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Koreyada səfərdə olub

 

AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Z.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 1-5 may 2023-cü il tarixində Koreyada səfərdə olub.

Səfər zamanı Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun (KHIDI) icraçı direktoru Kim Younq-ok, Koreya Milli Assambleyasında (Parlament) Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri So Byonqsu, Koreya Milli Assambleyasının (Parlament) Səhiyyə və Rifah Komitəsinin sədri Cunq Çounsuk, Koreya Milli Tibbi Sığorta Xidmətinin (NHIS) prezidenti vəzifəsini icra edən Hyun Cae-ryonq, Koreya Tibbi Sığortanın İcmalı və Qiymətləndirilməsi Xidmətinin (HIRA) prezidenti Kanq Cunq-qu ilə görüşlər keçirilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində həmçinin NHIS və HIRA ilə Anlaşma Memorandumları imzalanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti