news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 oktyabr 2022

Səfir Ramin Həsənov Cənubi Koreyada yaşayan soydaşlarımızla görüşüb

Səfir Ramin Həsənov Cənubi Koreyada yaşayan soydaşlarımızla görüş keçirib.

Görüşdə diaspor fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Diaspor nümayəndələrinin fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib, Koreyada yaşayan soydaşlarımızın sıx birləşməsinin və şəbəkələşməsinin, eləcə də diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti