news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 sentyabr 2023

Azərbaycan Respublikasının nümayəndələri Koreyada keçirilən seminarda və tanışlıq səfərində iştirak ediblər

 

11-13 sentyabr 2023-cü il tarixində “Koreyada rəqəmsal transformasiya təcrübələri” mövzusunda seminar və tanışlıq səfəri təşkil olunmuşdur.

 

Səfər, Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin və Milli İnformasiya Cəmiyyəti Agentliyinin (NIA) həm-təşkilatçılığı ilə baş tutmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri proqramda iştirak etmişlər.

 

Proqram zamanı ölkəmizin nümayəndələri tərəfindən dövlət sektorunda innovasiyalar, ağıllı həllərin yaradılması və qabaqcıl texnologiyaların tətbiqi üzrə çıxış edilmişdir. Eyni zamanda, “ASAN Xidmət” brendinin intellektual məhsul kimi digər ölkələrə ixrac edildiyi, qlobal texnoloji trendlərin tətbiqi ilə bağlı uğurlu təcrübələr iştirakçıların diqqətinə çatdırılmışdır.

 

Proqram çərçivəsində həmçinin, Seul şəhərinin Ağıllı Şəhər İdarəetmə Mərkəzinə və İnçeon şəhərinin Azad İqtisadi Zonasına tanışlıq səfərləri təşkil edilmişdir.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti