Koreya Xarici İşlər Nazirliyinin Avropa Məsələləri Bürosunun baş direktoru ilə görüş keçirilib
13 mart 2023-cü il tarixində səfir Ramin Həsənov ilə Koreya Xarici İşlər Nazirliyinin Avropa Məsələləri Bürosunun baş direktoru, səfir Çoi Tehonun görüşü keçirilib. Görüş zamanı Azərbaycan-Koreya gündəliyində duran əsas məsələlər, o cümlədən siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlıq və eləcə də parlamentlərarası təmaslar barədə ətraflı fikir mübadiləsi aparılıb.