Mətbuat şərhi 14 noyabr 2022

Azərbaycanın Şuşa, Cənubi Koreyanın Andonq, Perunun Kusko və Yunanıstanın Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb

Noyabrın 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

Konfrans çərçivəsində  Azərbaycanın Şuşa, Cənubi Koreyanın Andonq, APerunun Kusko və Yunanıstanın Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.

Konfrans çərçivəsində həmçinin TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava vəTürkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar ilə ikitərəfli görüşlər keçirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti