news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 oktyabr 2021

Koreyanın Qvanqcu (Gwangju) şəhərində Asiya Mədəniyyət Mərkəzi (AMM) tərəfindən təşkil olunmuş Asiya Mədəniyyət Həftəsi çərçivəsində Səfirliyimiz tərəfindən Azərbaycan guşəsi yaradılmışdır

Guşədə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialına dair kitab və jurnallar, mədəniyyətimizi əks etdirən müxtəlif suvenirlər, ölkəmizə dair şəkillər nümayiş etdirilmiş, Səfirlik tərəfindən ölkəmizin təbliği ilə bağlı hazırlanmış broşurlar ziyarətçilərə paylanmışdır. Tədbirdə ölkəmizlə yanaşı Hindistan, Monqolustan, Banqladeş, Filippin, Vyetnam, Qırğızıstan, Pakistan, Özbəkistan, İndoneziya və digər ölkələrin guşələri də yaradılmışdır. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti