news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 oktyabr 2023

Milli Məclisin nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər edib

Bakı, 31 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreya Respublikasının paytaxtı Seul şəhərinə rəsmi səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, deputatlar Afət Həsənova, Anar Məmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti