Mətbuat şərhi 02 dekabr 2024

Səfir Ramin Həsənov Dequ-Qyonqbuk Beynəlxalq Mübadilə Assosiasiyasının dostluq axşamında iştirak edib

Dequ şəhərində Dequ-Qyonqbuk Beynəlxalq Mübadilə Assosiasiyasının (DGIEA) dostluq axşamı keçirilib.
Tədbirdə iştirak edən səfir Ramin Həsənov təbrik nitqi söyləyib. O, DGIEA-nın üzvü olan Koreya-Azərbaycan Assosiasiyasına Azərbaycan-Koreya mədəni əlaqələrinin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir çərçivəsində Səfir həmçinin DGIEA-nın üzvü olan Koreya-Azərbaycan Assosiasiyasının üzvləri ilə görüş keçirib.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti