news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 iyul 2019

Səfir Rəmzi Teymurov BMT-nin sabiq Baş katibi Ban Ki-munun təsisçisi olduğu Daha Yaxşı Gələcək Fondunun açılış mərasimində iştirak və çıxış etmişdir.

Səfir Rəmzi Teymurov BMT-nin sabiq Baş katibi Ban Ki-munun təsisçisi olduğu Daha Yaxşı Gələcək Fondunun açılış mərasimində iştirak və çıxış etmişdir.

Tədbirdə Diplomatik Korpus nümayəndələri adından çıxış edən R.Teymurov Ban Ki-mun fəlsəfəsinin və baxışının Koreya cəmiyyəti təfərindən yüksək qiymətləndirildiyini və hörmət edildiyini, xüsusilə gələcək nəsillərə ötürülməsi baxımından Koreya akademik dairələri tərəfindən təqdir edildiyini diqqətə çatdırmışdır.

O, Ban Ki-munun qlobal istiləşmə, konfliktlərin aradan qaldırılması, Davamlı İnkişaf hədəflərinin  uğurla həyata keçirilməsi kimi önəmli məsələlərdə əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini və təsis olunmuş Daha Yaxşı Gələcək Fondunun həmin nailiyyətlərə əlavə olunduğunu məmnunluqla qeyd etmişdir.

Sonda R.Teymurov Diplomatik Korpus nümayəndələri adından Fonda gələcək fəaliyyətində uğurlar diləmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti