news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2017

Səfir Rəmzi Teymurova “İlin səfiri” mükafatı təqdim edilib.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurova Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə keçirilmiş mərasimdə “İlin səfiri” mükafatı təqdim edilib.

BMT-nin sabiq Baş katibi Pan Gi Munun, Asiya Cəmiyyəti idarə heyətinin üzvü Çarls Rokefellerin əsas məruzəçilər qismində çıxış etdikləri və nüfuzlu qonaqların, ictimai-siyasi xadimlərin, diplomatların iştirak etdikləri tədbirdə Azərbaycan mədəniyyəti, tarixi abidələri, turizm imkanları və adət-ənənələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

  

Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunmuş “İlin səfiri” mükafatına Azərbaycan səfiri ilə yanaşı, Hindistan və Küveyt səfirləri də layiq görülüblər.

Qeyd edək ki, 2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı baş qərargahı Nyu-Yorkda yerləşən və 1956-cı ildə III Con D.Rokefeller tərəfindən əsası qoyulan Asiya Cəmiyyətinin yerli ofisidir. Koreyanın “Lotte” şirkətlər qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya təşkilatının üzvləri şirkət nümayəndələri və ictimai-siyasi xadimlərdir. Cəmiyyətin Seul ilə yanaşı, Honqkonq, Manila, Mumbay, Şanxay, Sidney və Surixdə də ofisləri fəaliyyət göstərir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti