Mətbuat şərhi 09 fevral 2023

Səfirlikdə koreyalı tələbələrlə görüş keçirilib

9 fevral 2023-cü il tarixində Koreyanın Hankuk Xarici Dillər Universitetinin müxtəlif ixtisaslarına, o cümlədən universitetin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq fakültəsinə yüksək göstəricilərlə daxil olmuş bir qrup koreyalı tələbə ilə Səfirlikdə görüş keçirilib. Görüş zamanı Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, mədəniyyəti, turizm potensialı və eləcə də Azərbaycan-Koreya əlaqələri barədə tələbələrə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti