Mətbuat şərhi 27 may 2023

Seulda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 27 may 2023-cü il tarixində Seul şəhərində AR Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Koreyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Sədr Fuad Muradov AR Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. Səfir Ramin Həsənov Koreyadakı Azərbaycan icmasının işi ilə bağlı müsbət məqamlardan bəhs edib və diaspora fəaliyyətinin gücləndirilməsinə dair fikirlərini bölüşüb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti