Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi Koreya dilində nəşr olunub
Azərbaycan dramaturqu Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi Cənubi Koreyanın “Boşluqları olan kitab rəfi” nəşriyyatının dəstəyi ilə Koreya dilində nəşr edilib.
Hekayəni Azərbaycan dilindən Koreya dilinə Koreyada yaşayan həmvətənimiz Leyla Məsimli tərcümə edib.
Nəşrin elmi redaktoru Koreyanın Hanyanq Universitetinin Koreya dili və ədəbiyyatı fakültəsinin professoru So Qyonq Soqdur.