news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2025

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Cənubi Koreyada yad edilib

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım tədbiri təşkil edilib.

Səfirliyin əməkdaşlarının və Cənubi Koreyada yaşayan soydaşlarımızın iştirak etdikləri tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ramin Həsənov Azərbaycan dövlətçiliyinin xilaskarı Ulu Öndər Heydər Əliyevin öz müdrikliyi, milli maraqlara sarsılmaz sədaqəti və dövlətçiliyimizin gücləndirilməsi yolunda fədakarlığı ilə Azərbaycan tarixində və xalqımızın milli yaddaşında silinməz iz qoyduğunu, onun siyasi irsinin yüksək minnətdarlıqla davam etdirildiyini vurğulayıb.

R.Həsənov ölkəmizin və xalqımızın çox ağır vəziyyətində hakimiyyətə qayıdan Ümummilli Liderin xidmətlərindən bəhs edib, eləcə də onun siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra dünya arenasında daha güclü addımlarla irəlilədiyini bildirib.

Sonra Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin ofisində Ümummilli Lider Heydər Əliyevin büstünün açılışı olub.

Tədbir iştirakçıları Ulu Öndər barədə xatirələrini və fikirlərini bölüşüblər, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti