Viza qaydaları

ÜMUMİ MƏLUMAT:

Vizanın üç kateqoriyası vardır:    

1. Diplomatik

2. Xidməti

3. Adi

Koreya Respublikasına məxsus diplomatik və rəsmi pasport sahibləri Azərbaycanda 30 gün müddətində vizasız qala bilərlər.

 

Ümumvətəndaş pasportları üçün 2 növ viza vardır:

1. Giriş vizası:

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən 2 növ giriş vizası rəsmiləşdirilir: a) 30 gün müddətində birdəfəlik giriş-çıxış vizası - 50 ABŞ dövlət rüsumu

b) bir il müddətində çoxdəfəlik giriş-çıxış vizası - 350 ABŞ dollar rüsumu

30 gün müddətində birdəfəlik giriş-çıxış vizası – səyahət edən şəxsə bir dəfəlik giriş olmaqla 30 gün müddətində ölkədə qalmaq icazəsi verir.

bir il müddətində çoxdəfəlik giriş-çıxış vizası – səyahət edən şəxsə arzu etdiyi qədər giriş imkanı verməklə bir il ərzində 90 gün müddətində ölkədə qalmaq icazəsi verir.

Qeyd: 2014-cü ilin 10 may tarixindən etibarən Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyindən və digər aidiyyəti dövlət qurumlarından ümumvətəndaş pasportu ilə viza rəsmiləşdirmək istəyən şəxslər, şirkətlər və Azərbaycanda fəaliyyət göstərən səyahət agentlikləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Səfirliyə ünvanlanmış müvafiq dəvət məktubunun rəsmiləşdirilməsi məqsədilə müraciət etməlidirlər.

 2. Tranzit visa

a)    Birdəfəlik tranzit viza – Azərbaycan Respublikasının ərazisindən keçməklə hər hansı üçüncü ölkəyə səfər edən şəxsə 30 günlük müddət çərçivəsində 5 günədək qalmaq icaəsi verir.

b)    İkidəfəlik tranzit viza – Azərbaycan Respublikasının ərazisindən keçməklə hər hansı üçüncü ölkəyə səfər edən şəxsə 30 günlük müddət çərçivəsində hər dəfə 5 gün olmaqla 2 dəfə giriş icazəsi verir.

Vizalar üzərində göstərilmiş etibarlılıq müddətinin bitmə tarixinədək istifadə oluna bilər. Rəsmiləşdirilmiş vizanın uzadılması arzusunda olan şəxslər Azərbaycan ərazisində yerləşən Miqrasiya məntəqələrinə müraciət etməlidirlər.

Yuxarıda göstərilən məlumatlar yalnız Koreya Respublikası vətəndaşları üçün nəzərdə tutulur. Digər ölkələrdən olan vətəndaşlar üçün əlavə məlumatlar Səfirliyin Konsulluq şöbəsindən əldə edilə bilər.

 

QEYD:

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən turist vizası rəsmiləşdirilmir. Turist vizası əldə etmək istəyən şəxslər özləri və yaxud Koreyada yerləşən səyahət agentlikləri vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən qeydiyyata alınmış turizm agentliklərinə müraciət edə bilərlər. Bu halda turizm agentliyi turizm məqsədilə nəzərdə tutulmuş electron vizanı müraciət edən şəxsə göndərir.

Əlavə məlumat üçün aşağıdakı linklərə daxil olmağınız xahiş olunur:

http://www.mfa.gov.az/?language=en&options=content&id=749

http://azerbaijan.travel/en/pages/138

İnsanlararası mübadilənin və iş münasibətlərinin genişləndirilməsi məqsədilə Koreya Respublikasının vətəndaşları 2016-cı ilin 01 fevral tarixindən etibarən Azərbaycan Respublikasına təkdəfəli giriş vizalarını Azərbaycan Respublikasının beynəlxalq hava limanlarından əldə edə bilərlər. Təkdəfəli giriş vizası Koreya Respublikası vətəndaşlarına Azərbaycan Respublikası ərazisində 30 gün müddətinə qalmağa icazə verir. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən Konsulluq İdarələri aşağıda adları sadalanan hava limanlarında təkdəfəli giriş vizalarının rəsmiləşdirilməsinə dair müvafiq səlahiyyətə malikdirlər:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, 
  • Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı,
  • Gəncə Beynəlxalq Hava Limanı,
  • Lənkəran Beynəlxalq Hava Limanı,
  • Qəbələ Beynəlxalq Hava Limanı,
  • Zaqatala Beynəlxalq Hava Limanı.

Təkdəfəli giriş vizalarının rəsmişləşdirilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən Konsulluq İdarələrinə aşağıda sadalanan sənədlər təqdim edilməlidir:

  • 1 ərizə-anket forması (sample is attached);
  • 2 rəngli fotoşəkil (3x4sm ölçüdə, ağ fonda çəkilmiş);
  • Xarici ölkə vətəndaşının Pasportu; vətəndaşlığı olmayan şəxsin müvafiq sənədi (verilən vizanın etibarlılıq müddətinin bitməsindən sonrakı 3 ay ərzində etibarl olmalı);
  • Viza rəsmiləşdirilməsi məqsədilə ödənilmiş dövlət rüsumu haqqında qəbz.

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu beynəlxalq hava limanlarında yerləşən viza bölmələrində NAĞD formada ödənilir. 

 

SƏFİRLİK TƏRƏFİNDƏN VİZA RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Viza rəsmiləşdirilməsi üçün müraciət edən şəxslər Səfirliyin Konsulluq şöbəsinə müraciət etməzdən öncə http://evisa.mfa.gov.az internet səhifəsinə daxil olmalı və ərizə-anket formasını dolduraraq təsdiq etməlidirlər. Həmin internet səhifəsində imtina barədə qeyd olduğu təqdirdə viza rəsmiləşdirilməsi üçün müraciət həyata keçirilə bilməz.

İnternet səhifəsində qeydiyyatdan keçmək üçün aşağıdakı addımlar atılmalıdır:

1http://evisa.mfa.gov.az internet səhifəsinə daxil olmalı,

2. Göstərilmiş təlimatlara əməl etməklə “Sign up” bölməsində qeydiyyatdan keçməli,

3. Daha sonra “Sign in” səhifəsinə keçid etməli,

4. Ərizə-anket forması doldurulmalı,

5. Ərizə-anket forması təsdiq edilməli.

Qeyd: Onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı internet brauzerlərdən istifadə oluna bilər:

1. Google Chrome:

2. Mozilla Firefox:

3. Apple Safari:  

Microsoft Internet Explorer onlayn qeydiyyat prosesini dəstəkləmir!

Viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı:

1. Ərizə-anket forması – Səfirliyin internet səhifəsindən və yaxud iş saatları ərzində Səfirliyin Konsulluq şöbəsindən əldə oluna bilər. 

(Ərizə-anket forması doldurularaq heç bir bənd boş buraxılmamalı, hər bir hissə doldurulmalıdır. Düzgün olmayan və yaxud tamamlanmamış ərizə-anket forması qəbul edilməyəcəkdir.

2. Son altı aydan gec olmayaraq çəkilmiş 2 ədəd 3x4sm ölçüdə fotoşəkil – ərizə-anket forması üçün.

3. Xarici Pasportun əsli (pasportun etibarlılıq müddəti vizanın etibarlılıq müddətinin bitməsindən sonrakı üç ay müddəti üçün qüvvədə olmalıdır) və surəti.

4. Dəvət məktubu (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilmiş)

5. Səyahət vərəqəsi (Koreyada yerləşən dövlət orqanı, şirkət və ya səyahət agentliyi tərəfindən rəmiləşdirilmiş)

(Səyahət vərəqəsində göstərilməlidir: səyahət edən şəxsin adı, soyadı, doğum tarixi, pasport nömrəsi, məqsədi, qalacağı müddət, qalacağı ünvan və Azərbaycanda qəbul edən tərəfin adı, soyadı, ünvanı və əlaqə nömrəsinə dair məlumatlar)

6. Uçuş biletini surəti (electron bilet qəbul olunur)

(Vizanın rəsmiləşdiriləcəyi ilə bağlı əvvəlcədən heç bir öhdəlik götürülmür. Bu səbəbdən, viza rəsmiləşdirilməsindən əvvəl geri qaytarıla bilməyən biletlərin alınmaması tövsiyə edilir)

7. Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair qəbzin əsli. Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu “Korea Exchange Bank”a ödənilməli və Bank tərəfindən verilmiş qəbzin əsli Konsulluq şöbəsinə təqdim edilməlidir.

Bankın adı: Korea Exchange Bank

Hesab adı: Embassy of Azerbaijan to Korea

Hesab nömrəsi: 650-00589363-2 (ABŞ dolları)

Viza üçün nəzərdə tutulmuş dövlət rüsumu müraciət edən şəxsin vətəndaşlığı və vizanın növünə görə fərqli olur. Viza rəsmiləşdirilməsi üçün müraciət edən şəxs dövlət rüsumunu bank vasitəsilə ödəməlidir. Səfirliyin Konsulluq şöbəsi yalnız dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əslini qəbul edir.

Səfirliyin Konsulluq şöbəsi viza rəsmiləşdirilməsi proseduru zamanı ehtiyac duyularsa əlavə sənədləri tələb etmək hüququnu özündə saxlayır. Müraciət edən şəxs özü haqqında hər hansı yanlış məlumat verərsə və ya tələb olunan sənədlərin hamısını təqdim etməzsə viza rəsmiləşdirilməsindən imtina edilə bilər. Viza rəsmiləşdirilməsindən imtina ediləcəyi halda ödənilmiş dövlət rüsumu geri qaytarılmır.

Səfirliyin Konsulluq şöbəsi hər həftənin Çərşənbə axşmı və Cümə günləri 10:00-13:00 saatlarında fəaliyyət göstərir.

Viza rəsmiləşdirilməsi adətən 7 iş günü ərzində həyata keçirilir. Rəsmiləşdirilmiş vizalar hər həftənin çərşənbə axşamı və cümə günləri götürülə bilər.

 

Arxiv üzrə axtarış