Pasport

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra – pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportlar rəsmiləşdirilir.

Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.

Yeni nəsil biometrik pasport 1 yaşınadək uşaqlar üçün bir (1) illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç (3) illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş (5) illik müddətə, 18 yaşından yuxarı şəxslər üçün isə on (10) illik müddətə verilir.

Koreya Respublikasında daimi yaşayan və pasportunun etibarlıq müddəti bitmiş və ya pasportunun səhifələri dolmuş, Koreya ərazisində pasportunu itirmiş və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər.

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Koreya Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşının pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə pasport Səfirlik vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

Səfirliyin konsulluq şöbəsi vasitəsilə pasportların əldə edilməsi adətən 2-3 ay müddət tələb edir.

18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları üçün

18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları üçün pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməldir:

  • Ərizə anket
  • Şəxsiyyət vəsiqəsi (əsli və ya keyfiyyətli scan edilmiş surəti)
  • Pasport
  • Hərbi bilət (əsli və ya keyfiyyətli scan edilmiş surəti)
  • Konsul qeydiyyatı vərəqəsi
  • 2 ədəd foto şəkil (3x4 ölçüdə)

Həmçinin, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları dövlət rüsumu ödənilir. Beneficiary bankKEB Hana Bank, Accountant Name: Embassy of Azerbaijan to Korea, Account Number: 166-890028-45838 USD account

 

Pasport oğurlandıqda yuxarıda sadalanan sənədlərin sırasına, oğurluq faktı baş verən ərazi üzrə polis bölməsindən pasportun oğurlanmasını təsdiq edən müvafiq arayış əlavə edilməlidir.

 

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1-ci maddəsinə əsasən, 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşına ümumvətəndaş pasportlarının verilməsinə görə 60 manat məbləğində dövlət rüsumu tutulur.

 

 

 

18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları üçün

 

18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarına pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN – fərdi identifikasiya nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
  2. 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə-anket;

Qeyd:

    • 15 yaşı tamam olmamış vətəndaş üçün ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
    • 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
  1. Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  2. Valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi (hər iki valideyn səfirliyə gəldiyi təqdirdə ərizə Səfrilikdə tərtib olunur);
  3. Valideynlərin pasportlarının surəti;
  4. Etibarlıq müddəti bitmiş pasportun əsli;
  5. 1 ədəd foto şəkil 3x4 ölçüdə.

 

Həmçinin, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları dövlət rüsumu ödənilir. Beneficiary bankKEB Hana Bank, Accountant Name: Embassy of Azerbaijan to Korea, Account Number: 166-890028-45838 USD account

 

 

Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlar öncədən Səfirliyin internet səhifəsi vasitəsilə onlayn növbə götürməlidirlər.

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, 18 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur:

 

  • bir yaşınadək uşaqlar üçün - 15 manat
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat

 

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

 

Qeyd: Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş uşağın şəxsiyyət vəsiqəsinin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014.

 

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir.

 

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.

 

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir. Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

Arxiv üzrə axtarış