Məhkumluq haqqında arayışın verilməsi
Məhkumluq haqqında elektron arayışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsi (https://mia.gov.az/az/menu/29780/) vasitəsilə müraciət edərək əldə edə bilərsiniz.
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın Səfirliyin Konsulluq bölməsi vasitəsilə alınması üçün aşağıda qeyd olunan sənədlər poçtla Səfirliyin Konsulluq bölməsinə təqdim olunmalıdır:
- Vətəndaşın ərizəsi;
- Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
- Koreya Respublikasında yaşayış icazəsini təsdiq edən sənədin surəti;
- Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 ABŞ dolları dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (Beneficiary bank: KEB Hana Bank, Accountant Name: Embassy of Azerbaijan to Korea, Account Number: 166-890028-45838 USD account).