Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə, Azərbaycan Respublikasının vətəndaşlığı bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər:
- Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket;
- 5 ədəd 3x4 sm fotoşəkil;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
- Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);
- ailə tərkibi haqqında arayış;
- QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs Azərbaycan Respublikasını tərk etməyibsə, bu sənəd tələb olunmur);
- “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.1-ci maddəsinə əsasən, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 60 ABŞ dolları məbləğində dövlət rüsumunun Səfirliyin bank hesabına (Bank Name: KEB Hana Bank, Account Name: Embassy of Azerbaijan to Korea, Account (USD Account) Number: 166-890028-45838) ödənilməsini təsdiq edən qəbz;
- bütün sənədlər Səfirliyə 5 nüsxədə təqdim olunmalı və sənədlər toplusunun hər biri ayrı-ayrılıqda fayla qoyulmalıdır.