Vətəndaşların konsulluq qeydiyyatına alınması
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınması ödənişsizdir.
Vətəndaşlar konsulluq qeydiyyatına alınmaq məqsədilə aşağıdakı sənədləri Səfirliyə təqdim etməlidirlər:
- Doldurulmuş “Xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
- Pasport üçün rəngli fotoşəkil – 1 ədəd;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
- Azərbaycan Respublikası vətəndaşının KR-də daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.
- Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşının 16 yaşadək uşağı (uşaqları) varsa, uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin və valideynlərin nikah haqqında şəhadətnaməsinin surətləri (uşaq (uşaqlar) valideynlərdən birinin uçot kartoçkasında qeyd olunur).
Azərbaycan Respublikası vətəndaşları aşağıdakı hallarda konsulluq qeydiyyatında çıxarılırlar:
- digər ölkəyə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları konsulluq qeydiyyatından çıxmaq üçün müraciət etdikdə;
- Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
- vəfat etdikdə;
- barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.
Diqqət! Xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatı ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti konsulluq qeydiyyatında olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilə bilər.