İqtisadi Əlaqələr
Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq, xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat,informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə aktivdir.
2005-ci ilə qədər iki ölkə arasındakı ticarət dövriyyəsi yalnız 42 milyon dollar olduğu halda, bu göstərici 2008-ci ildə 859 milyon dollar, 2011-ci ildə 648 milyon dollara qədər artmışdır. Lakin, son illər ərzində ticarət dövriyyəsi bir qədər azalmışdır.
Cədvəl: İkitərəfli Ticarət Əlaqələri (min ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət Dövriyyəsi |
Saldo |
2004 |
27,91 |
3,79 |
31,7 |
-24,12 |
2005 |
41,632.3 |
488.5 |
42,120.8 |
-41,143.8 |
2006 |
46,932.6 |
68,353.6 |
115,286.2 |
21,421.0 |
2007 |
91,615.9 |
124,771.1 |
216,387.0 |
33,155.2 |
2008 |
162,786.3 |
696,814.5 |
859,600.8 |
534,028.2 |
2009 |
124,955.9 |
148,203.3 |
273,159.2 |
23,247.4 |
2010 |
157,316.1 |
218,385.9 |
375,702.0 |
61,069.8 |
20011 |
203,819.1 |
444,220.1 |
648,039.2 |
240,401.0 |
2012 |
242,803.3 |
1,132.4 |
243,935.7 |
-241,670.9 |
2013 |
229,288.1 |
34,359.1 |
263,647.2 |
-194,929.0 |
2014 |
186,296.4 |
13.8 |
186,310.2 |
-186,282.6 |
2015 |
133,946.4 |
38.8 |
133,985.2 |
-133,907.6 |
2016 |
72,046.1 |
122.2 |
72,168.3 |
-71,923.9 |
2017 |
85,332.9 |
208.1 |
85,541.0 |
-85,124.8 |
2018 |
227.124 |
124 |
227.0 |
Mənbə : Azərbaycan Respublikası Dövlət Statistik Komitəsi
Cədvəl:Əsas ticarət məhsulları
İDXAL |
İXRAC |
Elektrik və elektronika avadanlıqları |
Xam neft |
Nəqliyyat vasitələri və ehtiyyat hissələri |
Neft emalı məhsulları |
İlkin formalı polietilentereftalat |
Kimya məhsulları |
Əczaçılıq məhsulları |
Qiymətli metallar |
Optik və fotoqrafika |
Qara metallar və məhsulları |
Ölçü, nəzarət, tibbi və cərrahiyə alətləri və aparatları |
Kənd təsərrüfatı emalı məhsulları |
Minik avtomobilləri üçün təzə pnevmatik rezin şinlər |
Elektrik mühərrikləri ilə təchiz edilmiş digər məişət maşınları |
Boyanmış, laklanmış və ya plastiklə örtülmüş, eni 600 mm-dən çox olan yastı polad prokatı |
Yataq ləvazimatları |
Digər maye nasosları |
|
Havanın kondisiyalaşdırılması üçün qurğuların və kondisionerlərin hissələri |
|
Kassa aparatları |
|
Hazırda Azərbaycan və Koreya arasında qarşılıqlı maraq doğuran layihələr işlənib həyata keçirilməkdədir. Bakı şəhərində Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəliklərindən əlavə, “SK C&C”, “Heerim”, “Ultra Construction”, “Pyunghwa”, “Samsung Electronics” “Samsung Engineering”, “Daewoo” “Kolon”, “Koreya Torpaq Korporasiyası”, “Ecovise” “Kukdong” və “Halla Construction” kimi Koreya şirkətləri fəaliyyət göstərir (cəmi 40-dan çox koreya şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir).
Bununla yanaşı, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi" ofis kompleksini almışdır.
İqtisadi Əməkdaşlıq üzrə Komissiya
2006-cı ildə Azərbaycan və Koreya arasında ticarət və investisiya, sənaye, enerji və resurslar, tikinti, informasiya və kommunikasiya, kənd təsərrüfatı kimi iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupu yaradılmışdır. 2014-cü ilədək fəaliyyət göstərən İşçi Qrupunun 4 iclası (Bakıda və Seulda) keçirilmişdir.
“Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında imzalnmış iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq 2015-ci ildə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentiliyi ilə əməkdaşlıq
Koreya Beynəlxalq Əməkdaşlıq Agentiliyinin (KOICA) Azərbaycana Rəsmi İnkişafa Yardım proqramı çərçivəsində təşkilat ilə əməkdaşlığa başlandığı dövrdən bu günə kimi ümumi məbləği 50,28 milyon ABŞ dolları təşkil edən 11 Qrant Razılaşması imzalanmışdır ki, bunlardan 8-zinin icrası başa çatdırılmışdır.
Həmçinin 400-dən çox Azərbaycan rəsmiləri və dövlət qulluqçuları KOICA tərəfindən Koreya inkişaf təcrübəsi və texnologiyalın ötürülməsi bilikləri ilə bölüşmək məqsədilə təşkil etdiyi potensialın artırılması üzrə təlimlərdə iştirak etmişlər.
Hal-hazırda KOICA tərəfindən ölkəmizdə “Abşeron yarımadasında Su çatışmazlığı üzrə ümumi həll” (benefisiarı “Azərsu” ASC) və “Naxçıvan Dövlət Universiteti üçün elektron təshil şəbəkəsi və rəqəmsal multimdeia infrastrukturunun yaradılması” (benefisiarı Naxçıvan Dövlət Universiteti) layihələri həyata keçirilməkdədir.
Bundan əlavə 2014-cü ildə Koreyanın “İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondu” (Economic Development Cooperation Fund, “EDCF”) ilə AR Maliyyə Nazirliyi arasında “Peşə Tədris Mərkəzlərinin Tikintisi” (Vocational Trainning Center Establishment) və “Pirşağı qəsəbəsində çirkab suların təmizlənməsi zavodu” (Pirshaghi Sewage Treatment Plant) dövlət layihələrinin həyata keçirilməsi 65,50 milyon ABŞ dolları məbləğində kreditin ayrılması barədə kredit sazişi imzalanmışdır.
- 14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir. İclasa Komissiyanın Koreyadan olan həmsədri Koreyanın Ticarət, Sənaye və Energetika nazirinin müavini Vu Tehi (Woo Taehee), Azərbaycandan olan həmsədri Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədov rəhbərlik etmiş, ölkələrimiz arasında gündəmdə olan vacib məsələlər müzakirə edilmiş, Birgə Kommiss ilk iclasının Protokolu imzalanmışdır.
- 2-5 noyabr 2016-cı il tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti “4-cü Busan Beynəlxalq Limanı Konfransı”nın açılış mərasimində və “Limanların əməkdaşlığı: Yeni İnkişaf Strategiyası”, “Daşınma Bazarının Prespektivliyi və Liman Səneyesinin Gələcəyi” mövzularında plenar sessiyalarda iştirak məqsədilə Busan şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində tərəflər arasında “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Busan Limanı arasında Əməkdaşlıq Üzrə Anlaşma Memorandumu” imzalanmışdır.
- 2017-ci il 25-28 sentyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransı keçirilmişdir. Sözügedən tədbirdə Azərbaycanı Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
- 22-23 fevral 2018-ci il tarixlərində Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreyanın Seul şəhərində işgüzar səfərdə olmuşdur.