Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Komandanın Koreya Respublikasına səfərinə dair
Cari ilin 5 sentyabr tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Komandanı 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə Koreya Respublikası Milli Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” çərçivəsində Koreyaya səfər etmişdir.
H. Rüstəmzadə həmsöhbətini 27-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2016) iştiraka dəvət etmişdir.
S.Li adiçəkilən sərgidə təmsil olunacaqlarını, nümayəndə heyətinin tərkibinin müəyyənləşdirilməsi ilə bağlı təlimat verdiyini bildirmişdir.
H. Rüstəmzadə dəvət və yüksək səviyyəli qarşılama üçün həmsöhbətinə bir daha minnətdarlığını bildirmiş, əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı səfərlərin və hər iki ölkədə keçirilən beynəlxalq tədbirlərdə iştirakın əhəmiyyətli olduğunu vurğulamışdır.
6 sentyabr 2016-cı ildə tarixində nümayəndə heyəti Cinhe (Jinhae) əyalətinə səfər etmiş, orada yerləşən Hərbi Dəniz Akademiyasının rəhbəri ilə görüşmüş, sualtı qayıqda (214-class) səyahət turunda iştirak etmişdir.
Həmin gün H.Rüstəmzadə Koreyanın ən böyük liman şəhəri olan Busana səfər etmişdir.
7 sentyabr 2016-cı il tarixində nümayəndə heyəti Ulsan şəhərinə səfər etmiş, Hyundai Ağır Sənaye kompleksini və gəmiqayırma zavodunu ziyarət etmişdir.