2016-11-24

Seulda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunmuşdur

Səfirlik tərəfindən Seulda Milenium Hilton mehmanxanasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunmuşdur.

Tədbirdə Koreyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, aparıcı Koreya şirkətlərinin nümayəndələri, universitet və beyin mərkəzlərinin təmsilçiləri, nüfuzlu ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Səfir R.Teymurov 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününün önəm və əhəmiyyəti barədə danışmış, tədbir iştirakçılarını müasir Azərbaycan dövlətinin tarixi və müstəqillik əldə olunduqdan bü günədək əldə olunmuş nailiyyətlər, xüsusilə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin inkişaf yolu barədə qonaqları məlumatlandırmışdır.

Əlavə olaraq, Azərbaycanın 25 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətlər barədə video çarx nümayiş etdirilmiş, ölkəmizin uğurları barədə Səfirlik tərəfindən hazırlanmış məlumat qonaqlar arasında paylanmışdır.

 

Arxiv üzrə axtarış