2016-11-24

Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçirilmişdir

8-13 noyabr 2016-cı il tarixlərində Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçirilmişdir.

8 noyabr tarixində paytaxt Seulda yerləşən Koreya Milli Muzeyində iştirakçı ölkələrin mədəniyyət xadimlərinin birgə iştirakı ilə Festivalın açılış mərasimi, 9 noyabr tarixində Seulda Azərbaycan günü, 13 noyabr tarixində isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət nümayəndələrinin birgə iştirakı ilə konsert keçirilmiş, Azərbaycan nümayəndə heyəti hər üç tədbirdə uğurla çıxış etmişdir.

Tədbirin açılış mərasimi Koreyanın Ariranq, MBC, KTV, YTN televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.

Konsert proqramlarına paralel olaraq tədbirin keçirildiyi Koreya Milli Muzeyinin lobbisində Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, təbiəti, müasir arxitekturasını əks etdirən foto, Azərbaycanın milli musiqi alətləri, həmçinin milli geyim sərgiləri ilə yanaşı, 11 noyabr tarixində Rövşən İsaxın Koreya dilində subtitrlə hazırlanmış “Aktrisa” filmi nümayiş etdirilmişdir.

Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, sərgilərin təşkili və filmin nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilmişdir.

Arxiv üzrə axtarış