2018-02-27

Seulda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər keçirilib

2018-ci ilin fevral ayında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Azərbaycanın Koreya Respublikasındakı Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

 2018-ci ilin fevral ayında Xocalı soyqırımı barədə məlumat toplusu Səfirlik tərəfindən Koreya dilinə tərcümə etdirilərək “Unudulmuş Soyqırım” adı altında çap etdirilib. Kitabçada Dağlıq Qarabağ bölgəsinin tarixi və mədəni tarixi abidələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı, bir sıra dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımının tanınması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" ("Justice for Khojaly") kampaniyası haqqında məlumatlar və fotoşəkillər yer alıb. Kitabça Koreyanın ictimai-siyasi dairələri, beyin mərkəzləri, QHT-lər,  ali təhsil ocaqları, Səfirliklə əməkdaşlıq edən jurnalistlərə göndərilib.

2018-ci ilin fevral ayının 14-dən etibarən Səfirliyin təşəbbüsü və Seul şəhərinin Yonqsan rayonunun meriyasının dəstəyi ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Seulun mərkəzi və ən işlək küçələrindən olan İtaweon küçəsi boyunca Koreya və İngilis dillərində "Xocalıya Ədalət" adlı banerlər asılıb. Banerlər fevral ayının sonunadək həmin küçədə asılı qalacaqlar.

Arxiv üzrə axtarış