2018-03-05

Səfir Rəmzi Teymurov Koreyanın Concu (Jeounju) şəhərində yerləşən Kənd Təsərrüfatının İnkişafı Administrasiyasına səfər etmişdir.

Səfir Rəmzi Teymurov Koreyanın kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübənin öyrənilməsi məqsədilə Koreyanın Concu (Jeounju) şəhərində yerləşən Kənd Təsərrüfatının İnkişafı Administrasiyasına (RDA) səfər etmişdir.

Səfər çərçivəsində R.Teymurov, RDA-nın rəhbəri Ra Seungyong ilə görüş keçirmiş, eyni zamanda, RDA-nın fəaliyyəti, kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələr və RDA kampusu daxilində aparılan elmi-praktik təcrübələrilə tanış olmuşdur.

Görüşün nəticəsi olaraq kənd təsərrüfatı sahəsində Koreyanın təcrübəsinin öyrənilməsi istiqamətində əməkdaşlıq edilməsinə dair razılılıq əldə olunmuşdur.

Arxiv üzrə axtarış