Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyin də 20 yanvar faciəsinin 29-cu ildönümü anılmışdır
19 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Koreyadakı Səfirliyində 20 yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.
İlk öncə müstəqillik uğrunda həyatlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişlər.
Daha sonra 20 yanvar hadisələrindən bəhs edən qısa film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Səfir Rəmzi Teymurov 20 yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında şanlı səhifələrdən biri olduğunu bildirmiş, 29 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilmiş faciədən bəhs etmişdir.
R. Teymurov 20 yanvar faciəsinin səbəbləri barədə danışaraq, baş verən hadisələrin təkrarlanmaması üçün tarixin unudulmamasının vacibliyini qeyd etmişdir.
Tədbirdə iştirak edənlər 20 yanvar faciəsi ilə bağlı fikirlərini ifadə etmiş, faciənin əks olunduğu fotoşəkillər ilə tanış olmuşlar.