2019-07-08

Seul şəhərinin mərkəzi meydanlarından olan Gvangvamunda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Səfirliyimizin təşəbbüsü, "BUTA" Azərbaycan-Koreya Tələbə Assosiasiyası və HOBY Koreya təşkilatının birgə təşkilatçılığı, eləcə də Koreyada yaşayan Azərbaycan icmasının iştirakı ilə Seul şəhərinin mərkəzi meydanlarından olan Gvangvamunda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə “Xocalı” sözü şamlarla yazılmış və Səfirlik tərəfindən soyqırıma dair hazırlanmış broşurlar paylanmışdır.

Arxiv üzrə axtarış