2019-07-08

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Koreya Respublikasına rəsmi səfər edib.

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu Koreyanın səhiyyə və icbari tibbi sığorta sahəsində əldə etdiyi təcrübənin öyrənilməsi məqsədilə cari ilin 23-27 iyun tarixlərində Koreya Respublikasında səfərdə olmuşlar.

Səfər çərçivəsində, Azərbaycan nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədri MoonHee-sang, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Lee Myong Su, qrupun üzvləri Yoon Jong Pil və Kwak Dae-Hoon, Koreyanın Səhiyyə və Rifah naziri Neung hoo Park, Koreya Xarici İşlər nazirinin birinci müavini Cho Sei-young, Koreya Tibbi Sığortaya Baxış və Qiymətləndirilmə Xidmətinin prezidenti Kim Seung Taik, Koreya Əczaçılıq və Bio-əczaçılıq İstehsalçıları Assosiasiyasının sədri Hee-Mok Won, Koreya Millik Onkologiya mərkəzinin prezidenti Lee Eun Sook, Koreya Milli Tibbi Sığorta Xidmətinin prezidenti Kim Yong-İk və Seul Universiteti xəstəxanasının vitse-prezidenti Jung han Song ilə görüşlər keçirmişdir.

Arxiv üzrə axtarış