2020-04-08

Hörmətli həmvətənlər,

COVID-19 pandemiyasının Koreya Respublikası ərazisində yayılması qismən nəzarətə götürülsə də, virusun yayılması hələ də davam etməkdədir.

Diqqətinizə çatdırmaq istərdik ki, Səfirlik COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyəti diqqətlə izləyir və Koreyanın həmçinin, Azərbaycanın aidiyyatı dövlət qurumları ilə daimi təmasdadır. Belə ki, Səfirlik 2020-ci ilin fevral ayından etibarən COVİD-19 virusunun Koreya ərazisinə yayılmağa başladığı ilk günlərdən etibarən Koreyanın aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparmış və ictimai vəziyyəti müşahidə altında saxlamışdır. Bundan əlavə Səfirlik tərəfindən operativ qaydada 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılaraq Səfirliyin qeydiyyatında olan hər bir Azərbaycan Respublikası vətəndaşı ilə sosial şəbəkə, e-mail ünvanları və telefon vasitəsi ilə məlumatlandırma, həmçinin vətəndaşların sorğularını cavablandırma işləri həyata keçirilmişdir. 

Daha əvvəlki məlumatlarımızda bildirdiyimiz kimi Səfirliyin qeydiyyatında (Konsulluq uçotu) olmayan şəxslərin tez bir müddət ərzində Səfirlik ilə əlaqə yaratmaları ad, soyad, doğum tarixləri, o cümlədən, telefon nömrəsi, e-mail ünvanı və yaşayış yerləri barədə məlumatları seoul@mission.mfa.gov.az və  azembseoul@gmail.com email ünvanlarına göndərmələri xahiş olunur. Həmçinin vətəndaşlarımızın sağlamlığında problem yaranacağı və tibb müəssisələrinə müraciət etdikləri təqdirdə bu barədə dərhal Səfirliyə məlumat vermələri tövsiyə edilir.

Əlavə olaraq COVİD-19 virusuna yoluxmanın qarşısının alınması məqsədilə Koreyanın rəsmi qurumları tərəfindən verilən təlimatlara və tövsiyələrə əməl etməyiniz xahiş olunur.

Bundan əlavə gözlənilməz böhran və mümkün təxliyə vəziyyətinə hazırlıq məqsədilə xarici pasport və digər şəxsi sənədləriniz və ilkin ehtiyacınız olan əşyalarınızı  yanınızda saxlamağınız, həmçinin mobil telefonunuzu 24 saat açıq saxlamağınız və e-mailinizi daim yoxlamağınız xahiş olunur.

 

Hörmətlə,

Azərbaycan Respublikasının

Koreya Respublikasındakı Səfirliyi

Qaynar Xətt (Hotline): +8210-7359-9933

Tel:        +82-2797-17-65

E-mail:   seoul@mission.mfa.gov.az     

                azembseoul@gmail.com

Facebook: /azerbaijanembassykorea/

Twitter:   @AzEmbKorea

 

Arxiv üzrə axtarış