2021-07-23

2019-2023 - cü illər üçün Azərbaycan Respublikasında ali tahsil sisteminin beynəlxalq - rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ile təsdiq olunmuş " 2019-2023 - cü illər üçün Azərbaycan Respublikasında ali tahsil sisteminin beynəlxalq - rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı "na müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almalarına dair müvafiq dövlət təqaüdləri təklif edilməkdədir. 2019-2023 - cü illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azerbaycan Respubilkası vətəndaşlarının seçim qaydalarının tələblərinə uyğun olaraq , dünyanın top 500 universitetində 7 prioritet ixtisas istiqamətlər ( kənd təsərrüfatı , təbiət, texniki ve texnoloji , səhiyyə və rifah , iqtisadiyyat və idarəetmə , təhsil , humanitar və sosial ixtisaslar istiqamətləri ) üzrə təhsil almaq hüququ qazanmış doktorantlar üçün ildə 2 dəfə qəbul həyata keçirilir. Sözügeden proqram doktoranturaya qəbul olmağa hazırlaşan ve ya hazırda xaricdə prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində doktorantura səviyyəsi üzrə təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur . Program iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Azerbaycan Respublikası Dövlət Neft Fondu ve programın ümumi idarəçiliyi isə Dövlət Proqramının idarəetmə qrupu tərəfindən həyata keçirilir. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində təhsil , təqaüd , viza , tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir . Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün 2021 - ci il payız semestri üzrə sənəd qəbulu başlamış ve son müraciət tarixi 31 iyul 2021 - ci il olaraq müəyyən olunmuşdur. Proqrama dair əlavə məlumat http://www.dp.edu.az/az/index keçidindən əldə oluna bilər.

Arxiv üzrə axtarış