2021-10-10

10 oktyabr tarixlərində Seul şəhərində yerləşən Buddist məbədinin hər il keçirilən 1227-ci Bongeunsa tədbirində bir çox ölkələrin çay mədəniyyəti təqdim olunmuşdur.

Qeyd olunan tədbirdə Azərbaycan çay guşəsi ilə təmsil olunmuş, Səfirin həyat yoldaşı xanım Könül Teymurova yaradılmış guşədə çay tarixi, çay mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Tədbir üçün xüsusi olaraq gətirilmiş Azərbaycan çay mədəniyyətinin ayrılmaz hissəsi hesab olunan təbii bitkilər və mürəbbələr də festivalda nümayiş olunmuş və qeyd olunan bitkilər haqda da  ətraflı məlumat verilmişdir.

Əlavə olaraq bildiririk ki, çay festivalında Azərbaycan guşəsində təqdim olunmuş kəklikotu çayı Koreyanın çay ustalarından ibarət münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görülmüşdür.

Arxiv üzrə axtarış