2021-10-20

18 Oktyabr -Müstəqilliyin Bərpası günü ilə əlaqədar Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi tərəfindən onlayn formatda tədbir keçirilmişdir.

Koreya Respublikasında Covid 19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər nəzərə alınmaqla, onlayn formatda keçirilmiş tədbirdə Koreyanın ictimai-siyasi dairələrinin nümayəndələri, Seulda akkreditə olunmuş bir çox ölkələrin Səfirləri, diplomatik korpus nümayəndələri və Azərbaycan icması üzvləri iştirak etmişlər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş daha sonra  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan vətəndaşlarının əziz xatirələri yad edilmişdir.  

Səfir Rəmzi Teymurov çıxış edərək Azərbaycan Respublikasının müstəqillik tarixi və 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsi, həmin  illərdə üzləşdiyi çətinliklər, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyində dövlət quruculuğu sahəsində görülmüş işlər və həmin siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyində ölkəmizin keçdiyi böyük inkişaf yolu barədə məlumat vermişdir. Səfir Teymurov çıxışı zamanı həmçinin 44 Günlük Vətən Müharibəsi və onun nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.  

Arxiv üzrə axtarış