2021-10-18

Koreya Respublikası vətəndaşlarının təyyarə vasitəsi ilə Azərbaycan Respublikası ərazisinə xüsusi icazə olmadan giriş-çıxışına icazə verilib

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Qərara əsasən, daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.


Həmin ölkələr aşağıdakılardır:
- Argentina Respublikası;
- Avstraliya İttifaqı;
- Braziliya Federativ Respublikası;
- Bruney Darüssalam;
- Koreya Respublikası;
-Çili Respublikası;
- Ekvador Respublikası;
- Kamboca Krallığı;
- Kosta Rika Respublikası;
- Kuba Respublikası;
- Küveyt Dövləti;
- Qazaxıstan Respublikası;
- Maldiv Respublikası;
- Meksika Birləşmiş Ştatları;
- Mərakeş Krallığı;
- Monqolustan;
- Monteneqro;
- Norveç Krallığı;
- Oman Sultanlığı;
- Panama Respublikası;
- Salvador;
- Uruqvay Şərq Respublikası;
- Yeni Zelandiya.


Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün aşağıdakılar tələb olunur:
- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;


- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava  nəqliyyatı vasitəsilə  ölkə ərazisinə daxil olma icazəsi verilir.

Arxiv üzrə axtarış